Gürcüstanın daxili işlər naziri türkiyəli generalla təyyarə qəzasını müzakirə edib
Gürcüstanın daxili işlər naziri Geka Geladze Türkiyə Hərbi Hava Qüvvələrinin Qiymətləndirmə və Təftiş direktoru general-leytenant Yaşar Kadıoğlu ilə görüşüb.
Far.Az report-a istinadən xəbər verir ki, Yaşar Kadıoğlu qəzaya uğramış hərbi təyyarə ilə bağlı Gürcüstana gələn Türkiyə nümayəndə heyətinə rəhbərlik edib. Nümayəndə heyəti Gürcüstan tərəfi ilə birlikdə hadisə yerində axtarış-xilasetmə və istintaq proseslərində iştirak edib.
Görüş zamanı general-leytenant Kadıoğlu səmərəli əməkdaşlığa və yüksək koordinasiyaya görə Geka Geladzeyə təşəkkürünü bildirib. Onun sözlərinə görə, qəza bölgəsində çalışan Gürcüstan polis bölmələri peşəkarlığı və yüksək standartlara uyğun fəaliyyəti ilə seçilib.
Görüşdə daxili işlər nazirinin birinci müavini Roni Mesxi, Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəhbəri Temur Mqebrişvili, Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbay, səfirliyin digər nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 11 noyabrda Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstan dövlət sərhədindən təxminən 5 km aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində Türkiyə Hərbi Hava Qüvvələrinin 20 əməkdaşı həlak olub.
Oxşar xəbərlər
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













