Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?
Far.Az xəbər saytı

Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq?


Qarabağ Regional Təhsil İdarəsi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən və Ağdamdan olan keçmiş məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanmasına dair iddialara cavab verib.

BAKU.WS xəbər verir ki, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən iddia həqiqəti əks etdirmir:

"Bildiririk ki, Hökməli qəsəbəsindəki Ağdamdan olan məcburi köçkünlərin təhsil aldığı 89 nömrəli məktəbin bağlanması ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir.

Belə ki, hazırda 255 şagirdin təhsil aldığı müəssisə icarə əsasında fəaliyyət göstərən binada yerləşir. Məktəbin 2018-ci ildən etibarən icarə ödənişləri tam şəkildə həyata keçirilib. 2026-cı il üzrə icarə ödənişinin həyata keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı müəyyən çətinlik yaranıb və bu səbəbdən qısa müddətli gecikmə baş verib.

Hazırda qeyd olunan məsələ həllini tapıb və məktəbin fəaliyyəti ilə bağlı hər hansı problem mövcud deyil.

Tədris prosesinin fasiləsizliyi təmin edilib".

Xatırladaq ki, əvvəllər çay evi kimi fəaliyyət göstərən binanın sonradan təhsil müəssisəsinə çevrildiyi, daha sonra isə icarə haqqının ödənməməsi səbəbindən bağlandığı iddia olunurdu.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər