Avstraliyada parlamentə qara çarşafla daxil oldu
Far.Az xəbər saytı

Avstraliyada parlamentə qara çarşafla daxil oldu


Avstraliyada ictimai yerlərdə üzün tam örtülməsinin qadağanını illərdir müdafiə edən "One Nation" Partiyasının senatoru Polin Hanson növbəti dəfə provokativ addım atıb. Belə ki, o, Senatın iclasına qara çarşafla daxil olaraq ölkədə müzakirələri yenidən gündəmə gətirib.

Far.Az xəbər verir ki, senat zalına tam örtülü paltarla girən Hanson bir müddət sonra çarşafı çıxararaq bildirib ki, bu çarşafı çıxarmağa sevinirəm, parlamentdə belə geyimə yer yoxdur.

O, illərdir üzün tamamını örtən geyimlərin qadağan edilməsini tələb etsə də, hələlik nəticə əldə etmədiyini deyib.

Hanson iddia edir ki, bu geyimlər qadınları basqı altında saxlayır, Avstraliya mədəniyyətinə inteqrasiyanın qarşısını alır, onların iş tapmasını çətinləşdirir və müasir Qərb cəmiyyətində yeri yoxdur. Senator hesab edir ki, ictimai yerlərdə tam örtülü geyimlərin qadağan olunması modern Avstraliya üçün müzakirəyə açıq olmalıdır.

Hadisə həmkar senatorlar tərəfindən ciddi tənqid edilib.

Qeyd edək ki, Polin Hanson 2017-ci ildə də oxşar şəkildə çarşafla Senata gələrək eyni təklifləri irəli sürmüşdü.

Oxşar xəbərlər

Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər