Bu il Azərbaycana gəlmiş əcnəbilərin sayı açıqlanıb
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 2 milyon 171.6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz azdır.
Far.Az rəsmi statistikaya istinadən xəbər verir ki, gələnlərin 24.4 faizi Rusiya Federasiyası, 17.4 faizi Türkiyə, 8 faizi İran, 6.6 faizi Hindistan, 4.3 faizi Səudiyyə Ərəbistanı, 4.2 faizi Gürcüstan, 4 faizi Qazaxıstan, 3.4 faizi Pakistan, 2.6 faizi Çin, 2.4 faizi İsrail, 2.3 faizi Özbəkistan, 1.6 faizi BƏƏ, 1.4 faizi Ukrayna, 1.2 faizi Türkmənistan, hər birindən 1.1 faiz olmaqla Belarus, Böyük Britaniya və Küveyt vətəndaşları, 12.9 faizi isə digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 66.4 faizini kişilər, 33.6 faizini qadınlar təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2.1 dəfə, Tacikistandan 1.8 dəfə, Yaponiyadan 1.6 dəfə, İordaniyadan 1.5 dəfə, Çindən 49.4%, Qırğızıstandan 37.3%, Özbəkistandan 35.8%, Qazaxıstandan 19.4%, Almaniyadan 17%, Kanadadan 16.7%, ABŞ-dan 16.4%, İtaliyadan 16.3%, Pakistandan 12.7%, Koreya Respublikasından isə 11.8% artıb.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 7.9% artaraq 101.5 min, körfəz ölkələrindən gələnlərin sayı 3.5% azalaraq 352.6 min, MDB ölkələrindən gələnlərin sayı 8.2% azalaraq 740.8 min, digər ölkələrdən səfər edənlərin sayı isə 3.5% artaraq 976.7 min nəfər təşkil edib.
Azərbaycanı ziyarət edən əcnəbilərin 76.3 faizi hava, 22.4 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2.3% azalaraq 1 milyon 774.9 min nəfər olub. Bu dövrdə Gürcüstana səfərlər 22.1%, İrana səfərlər 4.3% artıb, Rusiya Federasiyasına səfərlər 31.2%, Türkiyəyə səfərlər isə 1.8% azalıb. Azərbaycan vətəndaşlarının 42%-i Türkiyəyə, 14.6%-i Rusiyaya, 10.8%-i Gürcüstana, 9.2%-i İrana, 23.4%-i digər ölkələrə səfər edib; gedənlərin 63.7 faizi kişilər, 36.3 faizi qadınlar olub.
2025-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 70.3 faizi hava, 27.8 faizi dəmir yolu və avtomobil, 1.9 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəkidə sel fəsadlara səbəb olub
-
Masazırda "Sabah" və "Orhus" azarkeşləri arasında baş vermiş İNSİDENTİN GÖRÜNTÜLƏRİ
-
Gəncədə yolu keçmək istəyən piyadanı maşın vuraraq öldürüb
-
"Mançester Siti" futbolçusu Kalvin Fillipsi icarəyə verib
-
Türkiyə ilə Liviya arasında hərbi məsləhətləşmələr aparılıb
-
UEFA Superkubokunun qalibi müəyyənləşib













