Con Cons Çeçenistanda qumbaraatanla atəş açdı
Far.Az xəbər saytı

Con Cons Çeçenistanda qumbaraatanla atəş açdı


MMA tarixinin ən istedadlı adlarından biri hesab olunan və bir neçə ay əvvəl karyerasını bitirdiyini açıqlayan amerikalı döyüşçü Con Consun (Jon Jones) Çeçenistandakı görüntüləri böyük müzakirə yaradıb. Ramzan Kadırovun dəvəti ilə bölgəyə səfər edən Cons ağır silahlarla keçirilən tədbirdə iştirak edib.

BAKU.WS xəbər verir ki, sosial mediada yayılan kadrlarda keçmiş UFC ağır çəkili çempionunun çiyinində qumbaraatan (RPG) götürərək hədəfə atəş açdığı anlar yer alıb. Görüntülər qısa müddətdə yüz minlərlə baxış toplayaraq həm MMA ictimaiyyətində, həm də idman dünyasında geniş müzakirə edilib.

Məlumata görə, Cons Çeçenistana Kadırovun xüsusi dəvəti ilə gedib və səfər çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib. Onun yalnız RPG deyil, fərqli silahlarla da atış etdiyi, bu anları "mükəmməl qonaqpərvərlik" qeydi ilə paylaşdığı bildirilib.

Səfərdə Consu UFC orta çəkili çempionu Xamzat Çimayev də müşayiət edib. Sosial şəbəkələrdə yayılan kadrlarda iki döyüşçünün birgə məşq zamanı zarafatlaşdıqları, hətta Çimayevin Consu yerə yıxdığı məqamların görüntüləndiyi qeyd olunub. Cons həmin epizodun "gerçək olduğunu" etiraf edib və Çimayevi intizamlı və formada olması səbəbilə tərifləyib.

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
UFC ilk dəfə Azərbaycanda!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər