Moskva vilayəti dron hücumuna məruz qalıb, yaşayış binaları yanır
Far.Az xəbər saytı

Moskva vilayəti dron hücumuna məruz qalıb, yaşayış binaları yanır


Moskva vilayətinin Ramenskoye rayonunda dronun iki çoxmərtəbəli yaşayış binasına çırpılması yanğına səbəb olub.

“Report” xəbər verir ki, bu barədə Kremlə yaxın “Mash” teleqram kanalı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinə məxsus dron Ramenskoyedə yaşayış binasının 11-ci mərtəbəsindəki mənzilə çırpılıb. Hadisədən sonra yanğın başlayıb”, – məlumatda qeyd olunub. Mənbə sonradan yanğının 12-ci mərtəbəyə keçdiyini bildirib.

Bir neçə dəqiqə sonra eyni rayonda analoji hadisə baş verib. Bu dəfə bir başqa binanın 12-ci mərtəbəsində yanğın başlayıb:

“Fabriçnaya küçəsində yerləşən binanın 12-ci mərtəbəsi yanır”.

Hadisədə ölən və yaralananların olduğu hələlik məlum deyil.

Oxşar xəbərlər

Elektrik kabusları: Binalardakı yanğınlara görə məsuliyyət kimin üzərinə düşür?
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 nəfər tapılıb - VİDEO - YENİLƏNİB 3
Ukraynanın Krasnodarda bərəni vurması nəticəsində itkin düşənlərdən 17-si tapılıb, 2 nəfər axtarılır - VİDEO - YENİLƏNİB 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər