Tramp: Tariflər ABŞ-ni zəngin, güclü və təhlükəsiz edib
Far.Az xəbər saytı

Tramp: Tariflər ABŞ-ni zəngin, güclü və təhlükəsiz edib


ABŞ Prezidenti Donald Tramp tətbiq etdiyi tariflərin ölkəni "zəngin, güclü, qüdrətli və təhlükəsiz" etdiyini bəyan edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Başqa ölkələr onilliklər ərzində onlardan bizə qarşı uğurla istifadə edib, lakin tariflərə gəldikdə və mənim təyin etdiklərim sayəsində bütün kartlar bizdədir və ağıllı prezidentlə onlar həmişə də bizdə olacaq! Müharibələr dayandırılıb və başqa ölkələrlə daha möhkəm münasibətlər qurulub, lakin onlara artıq Birləşmiş Ştatları soymağa icazə verilmir", - o yazıb.

Tramp, həmçinin bəyan edib ki, fond bazarı və pensiya yığımları tarixi maksimuma çatıb, inflyasiya, qiymətlər və vergilər isə azalır.

Prezident vurğulayıb ki, təhsil sistemi ştatlar səviyyəsinə qayıdır, silahlı qüvvələr və cənub sərhədi isə heç vaxt olmadığı qədər güclüdür.

Onun sözlərinə görə, bütün dünyada ABŞ-yə yenidən hörmət edilir.

"Bütün bunlar güclü rəhbərlik və tariflərin sayəsində mümkün olub, bunlar olmadan biz yenidən acınacaqlı və gülünc vəziyyətə düşərdik", - o qeyd edib.

Oxşar xəbərlər

Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər