Axtarışlar zamanı Yermakın telefon və notbukları götürülüb
Far.Az xəbər saytı

Axtarışlar zamanı Yermakın telefon və notbukları götürülüb


Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu əməkdaşları axtarışlar zamanı ölkə prezidenti ofisinin keçmiş rəhbəri Andrey Yermakdan bir neçə telefon və notbuk götürüblər.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" nəşri hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib.

Qeyd edilir ki, götürülən elektron texnikanın içindəkilər müstəntiqlər tərəfindən diqqətlə öyrənilir. Axtarışlar korrupsiya qalmaqalı çərçivəsində aparılıb.

Xatırladaq ki, Yermak tutduğu vəzifədən istefa verib. Ukrayna lideri Volodimir Zelenski onun istefa ərizəsini qəbul edib.

Oxşar xəbərlər

Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
İş xanımı ilə fitnesçinin 550 minlik qalmaqalı böyüyür: "Pasportlarda möhürlər var"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər