Azərbaycanlı blogeri döyən idmançını hansı cəza gözləyir?
MMA döyüşçüsü Şovhal Çurçayev Dubayda bloger Sübhan Məmmədovu ("Subo") canlı yayım zamanı döydüyünə görə ciddi cəza ilə üzləşə bilər.
Far.Az "axşam.az"a istinadən xəbər verir ki, bu barədə cinayət işləri üzrə vəkil Maksim Kalinov rus mətbuatına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Dubayda ictimai təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür və yerli qanunvericiliyə əsasən, bədən xəsarətləri yetirmək və ictimai yerdə təhqir kimi əməllərə görə böyük məbləğdə cərimə və həbs cəzası nəzərdə tutulur.
Maksim Silvestri bildirib ki, sözügedən insident zamanı blogerə ehtimal ki, ciddi bədən xəsarətləri yetirilib. Dubayda belə hallara görə böyük cərimələr və beş ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Vəkilin sözlərinə görə, MMA döyüşçüsünü ciddi hüquqi nəticələr gözləyə bilər və bu, onun müdafiəsinin necə qurulacağından asılı olacaq. Dubayda ictimai təhlükəsizlik qaydalarına çox ciddi riayət olunduğunu xatırladan Silvestri bildirib ki, hətta küçədə edilən adi bir təhqir belə bir il həbs və böyük cərimə ilə nəticələnə bilər.
Qeyd edək ki, Sübhan Məmmədov canlı yayımda Şovhal Çurçayevlə etdiyi uğursuz zarafatına görə döyülüb.
Oxşar xəbərlər
Azərbaycanlı bloger canlı yayımda döyüldü
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Bakıda keçirilən hərbi paradda çıxış edib - CANLI
Bloger Aysel Şükür həyat yoldaşından ayrıldı
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













