Xurmanın faydaları açıqlanıb
Qış mövsümünün ən çox istehlak olunan meyvələrindən biri olan xurmanın sağlamlığa bir sıra faydası var. Mütəxəssislərin sözlərinə görə, bu meyvə yüksək qida dəyəri ilə həm immuniteti gücləndirir, həm də orqanizmin enerji ehtiyacını qarşılayır.
Far.Az xəbər verir ki, xurma tərkibindəki antioksidantlar sayəsində orqanizmi zərərli maddələrdən qoruyur, ürək-damar sisteminin fəaliyyətini dəstəkləyir və xolesterinin normallaşmasına kömək edir. Həmçinin liflə zəngin olduğuna görə həzmi yaxşılaşdırır və bağırsaq fəaliyyətini tənzimləyir.
Meyvənin tərkibindəki A və C vitaminləri dərinin sağlam qalmasına, görmə qabiliyyətinin qorunmasına və infeksiyalara qarşı müqavimətin artmasına şərait yaradır. Kaliumla zəngin olması isə qan təzyiqinin stabilləşməsinə müsbət təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, xurmanı həddindən artıq deyil, gündəlik ölçülü şəkildə qəbul etmək daha faydalıdır.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Bu növ ÇÖRƏKLƏR FAYDALIDIR
Azərbaycanda meyvə bağını şaxta vurması üzrə 712 min manat sığorta ödənişi edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













