Tramp Venesuela ilə bağlı Ağ Evdə iclas çağırır
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə bu gün axşam Venesuela ilə bağlı növbəti addımlara həsr olunmuş iclas keçirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşdə kabinetin və milli təhlükəsizlik komandasının əsas üzvlərinin iştirakı gözlənilir. Onların arasında müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, Dövlət katibi Marko Rubio, eləcə də Ağ Evin aparat rəhbəri Syuzi Uayls və aparat rəhbərinin müavini Stiven Miller olacaq.
İclas saat 17:00-da Oval kabinetdə planlaşdırılır.
Ötən həftə Donald Tramp bəyan edib ki, ABŞ tezliklə Venesuelanın narkotik ticarətini yalnız dənizdə deyil, həm də quruda dayandıracaq. O, Nikolas Maduro ilə telefon danışığını təsdiqləyib, lakin müzakirənin detalları barədə açıqlama verməyib. Bununla yanaşı, administrasiya ötən həftə Maduronu və onun tərəfdarlarını rəsmi şəkildə xarici terror təşkilatının üzvləri kimi tanıyıb. Rəsmi şəxslərin fikrincə, bu addım ABŞ-nin Venesuela daxilində hərbi zərbələr endirmək imkanlarını genişləndirir.
Noyabrın 29-da ABŞ Prezidenti sosial şəbəkədə bəyan edib ki, Venesuela üzərindəki hava məkanı tamamilə bağlanacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













