Lənkəranda iki körpü yenidən inşa edilir
M-3 Ələt–Astara–İran ilə dövlət sərhədi avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində istismar müddətini başa vurmuş iki körpünün yenidən inşası həyata keçirilir.
Bu barədə Far.Az-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, bu körpülər magistral yolun 193-cü və 197-ci kilometrliklərində yerləşir. Hər iki körpü 46 metr uzunluğunda, 14,5 metr enində və bir aşırımlı olmaqla "İnşaat Norma və Qaydaları"na uyğun şəkildə tikilir. Körpülər iki hərəkət hissəsindən ibarət olacaq və nəqliyyat axınının təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə bütün texniki tələblər nəzərə alınır.
Ələt–Astara magistralının 193-cü kilometrliyində, Lənkəran rayonunun Ürgə kəndi ərazisində, Lənkəran–Liman yolunu birləşdirən və Viravul çayı üzərində yerləşən körpüdə yenidənqurma işləri davam etdirilir. Tikinti müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün ərazidə alternativ yolun fəaliyyəti təmin olunub.
Magistralın 197-ci kilometrliyində, Göyşaban kəndi ərazisində yerləşən körpünün yenidən qurulması ilə əlaqədar yolun həmin hissəsi müvəqqəti olaraq bağlanıb. Hazırda layihə çərçivəsində körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay məcrasında istinad divarlarının və mühafizə bəndinin inşası icra olunur. Körpü Girdəni çayı üzərində yerləşir.
Hər iki körpüdə hazırda svay bərkitmə və digər konstruktiv işlər aparılır. Bütün tikinti prosesləri qüvvədə olan dövlət standartları və texniki-təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Bakı–Ələt–Qazax magistralının sonuncu hissəsinin genişləndirilməsi yekunlaşmaq üzrədir
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynada mülki insanların işğal olunmuş ərazilərdən geri qaytarılması mərkəzi yaradılacaq
-
Uitkoff Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabi görüşünün tarixini açıqlayıb
-
Kamışevaxaya endirilən zərbə nəticəsində ölənlərin sayı 26-ya çatıb - Yenilənib-2
-
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb
-
Qazaxıstan və İsrail əməkdaşlıq haqqında yeddi memorandum imzalayıb
-
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU













