KİV: Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər
Far.Az xəbər saytı

KİV: Mahmud Abbas Misir ərazisindən Qəzzaya gedə bilər


Qəzza zolağına səfər etməyi planlaşdıran Fələstin lideri Mahmud Abbas Misir ərazisindən anklava gedə bilər.

"Report" xəbər verir ki, bu barədə "Ynet" portalı Fələstin Milli Administrasiyasındakı yüksək rütbəli mənbəyə istinadən məlumat yayıb.

M.Abbasın Qəzza zolağına səfəri ilə bağlı məsələ onun sentyabrın 26-da BMT-də gözlənilən çıxışından sonra həll ediləcək. Misir Əbu Mazenin (Mahmud Abbas - red.) Rəfah nəzarət-keçid məntəqəsinin Misir hissəsindən Qəzza zolağına daxil olmasına icazə verməyə hazırdır.

Xatırladaq ki, M.Abbas avqustun 15-də Türkiyə parlamentinin növbədənkənar iclasında çıxışı zamanı Qəzzaya səfər etmək niyyətini açıqlamışdı.

Oxşar xəbərlər

İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzzaya səfərinə icazə verməyib
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Fələstin hakimiyyəti İsrail və HƏMAS arasında danışıqlarda iştirakdan imtina edib
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azərbaycan Avropanın enerji təminatçısı – AŞPA, Avropa Komissiyasına xatırlatma - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər