Bakı aeroportunda epidemioloji risklərin idarə olunması ilə bağlı genişmiqyaslı birgə təlim keçirilib
Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Gömrük Komitəsi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) müvafiq bölmələri ilə əməkdaşlıq çərçivəsində xüsusi təhlükəli infeksiyalara qarşı fövqəladə hallar zamanı operativ fəaliyyətin sınaqdan keçirilməsinə yönəlmiş praktiki təlim təşkil olunub.
BAKU.WS Bakı Aeroportuna istinadən xəbər verir ki, təlimin əsas məqsədi aidiyyəti dövlət qurumları ilə hava limanı xidmətləri arasında koordinasiyanı gücləndirmək, eləcə də infeksiya riski yarandığı halda çevik, təhlükəsiz və beynəlxalq standartlara uyğun reaksiyanı təmin etməkdir.
Ssenariyə uyğun olaraq təlim iki mərhələdən ibarət olub. Birinci mərhələ sərnişin terminalının "Gəlmə" zalında həyata keçirilib. Bu simulyasiyada infeksion xəstəliyə yoluxma şübhəsi olan sərnişinin aşkar edilməsi, dərhal təcrid olunması, sanitariya-epidemioloji təhlükəsizlik prosedurlarının tətbiqi və təxliyə prosesinin düzgün icrası real əməliyyat şəraitində sınaqdan keçirilib.
Təlimin ikinci mərhələsində hava gəmisindən sərnişinlərin tibbi heyət tərəfindən təhlükəsizlik protokollarına uyğun şəkildə təxliyəsi, baqajların boşaldılaraq dezinfeksiya olunması təmin edilib. Daha sonra təyyarə salonunda tam dezinfeksiya prosedurları icra olunub və bütün əməliyyat ardıcıllığı operativ qaydada həyata keçirilib.
Təlimdə bütün iştirakçılar qarşıya qoyulan tapşırıqları operativ şəkildə, yüksək koordinasiya və məsuliyyətlə yerinə yetiriblər. Məşğələ həm əməliyyat hazırlığının, həm də fövqəladə hallar üzrə qarşılıqlı fəaliyyət mexanizminin effektivliyini bir daha nümayiş etdirib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda bu kimi birgə təlimlərin təşkili ölkənin hava nəqliyyatında təhlükəsizliyin daha da gücləndirilməsinə, ictimai sağlamlığın qorunmasına və aidiyyəti dövlət qurumları ilə hava limanı arasında davamlı əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir.
Qalereya
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
FHN Qəbələ aeroportunda təlim keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













