Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb
Far.Az xəbər saytı

Ukrayna ordusunun Baş Qərargahı Ryazan neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb


Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ryazan neft emalı zavodunun infrastrukturuna zərbə endirib.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat yayıb.

"Obyektdə yanğın qeydə alınıb. Nəticələr və zərərin dərəcəsi dəqiqləşdirilir", - Baş Qərargahdan bildirilib.

Ukrayna KİV-lərinin məlumatına görə, Ryazan neft emalı zavodu ildə 17,1 milyon ton neft emalı gücünə malikdir, Rusiyanın ən böyük neft emalı müəssisələri sırasına daxildir və benzin, reaktiv yanacaq, dizel və digər neft məhsulları istehsal edir.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Ryazan neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə dəfələrlə zərbələr endirdiyini bildirmişdi.

Oxşar xəbərlər

Prezident İlham Əliyev "AZWOOL" mineral daş yunu zavodunun açılışında iştirak edib
Prezident İlham Əliyev Sabirabadda pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
Ali təhsil müəssisələri arasında "Zəfər" şahmat turniri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər