"Liverpul" Salahı komandadan qısa müddətlik uzaqlaşdıra bilər
Far.Az xəbər saytı

"Liverpul" Salahı komandadan qısa müddətlik uzaqlaşdıra bilər


"Liverpul" rəhbərliyi və baş məşqçi Arne Slot hücumçu Məhəmməd Salahın komandadan qısa müddətlik kənarlaşdırılmasını nəzərdən keçirirlər.

Far.Az xəbər verir ki, bu barədə insayder-jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində yazıb.

Mersisayd klubunun rəhbərliyi komandada nizam-intizamı qorumaq üçün bu məsələdə baş məşqçinin tərəfində dayanır.

Çempionlar Liqasında "İnter"lə matçın iştirak ərizəsində yer almamasına baxmayaraq, futbolçu növbəti oyun öncəsi məşqə çıxıb. Daha əvvəl misirli hücumçu komandadakı vəziyyətindən narazılığı fonunda Slotu kəskin tənqid etmişdi.

Cari mövsümdə futbolçu "Liverpul"un heyətində 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Salahın klubla qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Oxşar xəbərlər

Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Prezident Xocalının Daşbulaq kəndində tut bağında görülmüş işlərlə tanış olub
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər