Uşaqlar niyə yalan danışır? - EKspertdən valideynlərə xüsusi XƏBƏRDARLIQ
Uşaqların yalan danışmaması üçün onlara qarşı dürüst olmaq lazımdır. Çünki uşaq gördüyünü təkrarlayır. Valideynin gündəlik həyatda kiçik də olsa "ağ yalanlar" işlətməsi uşağa "yalan normaldır" mesajını verir.
Bu barədə psixoloq Əbdül Səlimli Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, ən effektiv yanaşma baş verən vəziyyəti sakitliklə izah etməkdir.
"Uşaq yalan danışdıqda sərt reaksiya vermək uşağın həqiqəti daha çox gizlətməsinə səbəb olur. Bunun əvəzinə "Nə üçün həqiqəti gizlətmək istədin?" sualı ilə səbəbi öyrənmək daha doğru yoldur", - deyə mütəxəssis bildirib.
Əbdül Səlimli xüsusi olaraq vurğulayıb ki, dürüstlük mükafatlandırılmalıdır:
"Uşaq doğru danışanda, hətta səhv etsə belə, "Düzünü dediyinə görə sənə təşəkkür edirəm" demək onun dürüstlüyə olan motivasiyasını artırır. Uşağı qorxutmaq əvəzinə güvən yaratmaq gələcəkdə yalan danışma ehtimalını azaldır.
Uşaq bilsə ki, səhvini desə onu cəza yox, anlayış gözləyir, yalan danışma ehtiyacı azalır".
Ekspert qeyd edib ki, uşaqlara həqiqi gözləntilər qoymalıyıq:
"Yaşına uyğun olmayan tələblər qoyulduqda o, məsuliyyətdən yayınmaq üçün yalan danışa bilər.
Bəzən uşaqlar duyğuları adlandırmaqda çətinlik çəkir, uşaq qorxu, həyəcan və ya utanma hissini necə ifadə edəcəyini bilmir və nəticədə yalan danışır. Bu duyğuları başa salmaq uşağın açıq danışmasını asanlaşdırır.
Uşağı "yalançısan" sözü ilə etiketləmək olmaz. Bunun yerinə göstərdiyi davranışı anlamaq lazımdır:
"Bu dediyin doğru olmadığını ikimiz də bilirik, gəl daha səmimi və dürüst danışaq".
Uşaq özünü təhlükəsiz hiss etdikcə doğru danışmağa daha çox meyilli olur.
Unutmamalıyıq ki, dürüstlük təkcə uşaqdan tələb olunan bir şey deyil, ailə mühitinin dəyəri olmalıdır. Uşaq nə qədər güvənli, sevgi dolu və şəffaf bir mühitdə böyüsə, o qədər az yalan danışma ehtiyacı duyar".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Məşhur müğənni niyə səhnədə niyə açıq-saçıq geyimlər geyinmir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













