ABŞ-nin 70 illik bankı 51 filialını bağlayır
ABŞ-nin 70 ilə yaxın tarixi olan bank nəhəngi TD Bank 51 filialını və bir avtomobil xidməti məntəqəsini bağlayacağını açıqlayıb. Bankın məqsədi bu addımla 2,5 milyard dollara qədər qənaət etmək və investisiyalarınl rəqəmsal bankçılıq, avtomatlaşdırma və süni intellektə yönəltməkdir.
BAKU.WS xəbər verir ki, banka görə, 2026-cı ilin sonuna qədər 13 ştat və Vaşinqtonda yerləşən filialların bağlanması filial şəbəkəsinin təxminən 10% azalması deməkdir. Bu qərar, bank sektorunda ənənəvi xidmət modelindən rəqəmsal platformalara keçidin daha da sürətləndiyini göstərir.
Əvvəllər bir çox bank əməliyyatı üçün müştərilər fiziki filiallara müraciət etməli olsa da, hazırda mobil tətbiqlər və onlayn bankçılıq xidmətləri bu funksiyaların böyük hissəsini əvəz edib. TD Bank da xidmət şəbəkəsini optimallaşdıraraq rəqəmsal yatırımları artırmağı planlaşdırır.
Bankın 2025 Investor Günü çərçivəsində təqdim etdiyi strateji plana əsasən, 2–2,5 milyard dollar arasında vəsaitə qənaət ediləcək. Bu məbləğ mobil və rəqəmsal bankçılığa yatırılacaq və çoxkanallı müştəri təcrübəsinin genişləndirilməsinə yönəldiləcək.
TD Bank-ın maliyyə direktoru Kelvin Tran qeyd edib ki, rəqəmsal kanallara keçid, avtomatlaşdırma, süni intellekt və məlumatların modernizasiyası sayəsində hədəfimizə çatacağımıza inanırıq.
Bank ümumi satışlarının 50%-ni rəqəmsal kanallardan əldə etməyi, müştəri əməliyyatlarının isə 90%-ni self-servis platformalara keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yelo Bank IX Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













