Bu gecə ehtiyatlı olun! - Həkimdən bəzi insanlara TÖVSİYYƏ
Far.Az xəbər saytı

Bu gecə ehtiyatlı olun! - Həkimdən bəzi insanlara TÖVSİYYƏ


Ötən gecədən başlayaraq Günəşdə sondan əvvəlki M sinfinə məxsus olan dörd partlayış qeydə alınıb.

Far.Az xəbər verir ki, bəzi partlayışlar ilin ən böyük Günəş ləkəsi kompleksində qeydə alınıb. Bu da 4294, 4296 və 4298 bölgələrindən ibarətdir.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Bu təbiət hadisəsi insanların həyatına və sağlamlığına da birbaşa təsir edir.

Nervpotoloq, həkim Vüsalə Nuriyeva Far.Az-ə açıqlamasında bildirib ki, Günəşdə güclü aktivlik zamanı yaranan maqnit qasırğaları bəzilərində müəyyən simptomlar yarada bilər. Onun sözlərinə görə, bu təsirlər elmi olaraq tam sübut olunmasa da, çoxları tərəfindən müşahidə edilir.

Bu gecə ehtiyatlı olun! - Həkimdən bəzi insanlara TÖVSİYYƏ

Bəzi insanlarda baş ağrısı, migrenin artmasına səbəb olub. Bir qrup şəxslərdə isə yorğunluq, halsızlıq, təzyiqin qalxıb-enməsi, yuxu pozğunluğu kimi problemlər yaradır.

Bu simptomlar əsasən həssas insanlarda və ya xroniki xəstəlikləri olanlarda daha çox hiss edilir", - deyə Vüsalə Nuriyeva bildirib.

Həkim deyir ki, bəzi insanlarda bu proses daha böyük fəsadlar yaradır:

"Ürək-damar xəstələri, hipertoniya xəstələri, migreni olanlar, stressə həssas insanlar və yaşlılar üçün belə vəziyyət daha çox narahatlıqlar yarada bilər".

Qeyd edək ki, bu gecə ən güclü maqnit qasırğası müşahidə olunacaq. Sonrakı 3 gün ərzində isə maqnit qasırğası tədricən səngiyəcək.

Ziya SƏCCAD

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Günəşdə dörd partlayış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Əhaliyə XƏBƏRDARLIQ - Gecə saatlarında...
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər