Mərakeşdə sel və fırtına: ölənlərin sayı 21-ə yüksəldi
Far.Az xəbər saytı

Mərakeşdə sel və fırtına: ölənlərin sayı 21-ə yüksəldi


Mərakeşdə güclü sel və şiddətli fırtına ciddi fəsadlara yol açıb. Yerli mənbələrin məlumatına görə, ölkənin Asfi şəhərində baş verən təbii fəlakət nəticəsində həlak olanların sayı 21-ə çatıb.

BAKU.WS xəbər verir ki, əlverişsiz hava şəraiti ölkənin müxtəlif bölgələrində böyük dağıntılara, insan tələfatına və nəqliyyatın iflic olmasına səbəb olub. Sahilyanı ərazilərdə bir sıra yaşayış məntəqələri sel suları altında qalıb.

Daxili və yüksək dağlıq ərazilərdə isə güclü qar yağışı nəticəsində çoxsaylı kənd və qəsəbələrlə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.

Mərakeşin rəsmi xəbər agentliyi MAP-ın yaydığı məlumata görə, yerli hakimiyyət orqanları axşam saatlarında başlayan fövqəladə hava şəraitindən sonra vəziyyətlə bağlı ilkin qiymətləndirmə aparıb. Son məlumatlara əsasən, ölənlərin sayı 21 nəfər olaraq qeydə alınıb.

Rəsmilər itkin düşən şəxslərin tapılması üçün axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini, zərərçəkən bölgələrdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini və afətdən zərər görən əhaliyə yardım göstərilməsi məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü bildiriblər.

Qeyd edək ki, ilkin açıqlamalarda sel və sərt hava şəraiti nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilmişdi.

Oxşar xəbərlər

Bu ölkədə seldən ölənlərin sayı 64-ə yüksəldi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Lənkəranda sel suları həyətyanı sahələrə dolub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər