Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər - Biləsuvardakı qətlin TƏFƏRRÜATI
Far.Az xəbər saytı

Qadını gəlini və qardaşı yastıqla boğaraq öldürüblər - Biləsuvardakı qətlin TƏFƏRRÜATI


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.

Far.Az xəbər verir ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Oxşar xəbərlər

Əhmədin DƏHŞƏTLİ ETİRAFLARI: "Kimsə mənə deyirdi ki, ailə üzvlərimi öldürməliyəm"
Bacı-qardaş əlbir olub yaşlı qadını öldürdülər - BİRGƏ MƏLUMAT
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ali Məhkəmə qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsini açıqlayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər