Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
Bu barədə G.Hacıbəyli özü sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.
Gültəkin Hacıbəyli qeyd edib ki, noyabrın 29-da İstanbulda saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib. Üç gün əvvəl isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb.
Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.
Qeyd edək ki, "Ramiz Mehdiyev işi" çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI
Ramiz Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR və DETALLAR
Vətənə, dövlətə xəyanətkar və satqın mövqedə olanlar qanunlar qarşısında cavab verməlidirlər
Mehdiyev-AXCP paralelləri: Köhnə şəbəkənin yeni forması
"Ramiz Mehdiyev" işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













