Yevgeni Vinokurov: "Mərkəzi Asiya ölkələrinin ümumi ÜDM-i 600 milyard dolları keçəcək"
Avrasiya İnkişaf Bankı (EDB) 2025-ci ilin sonunda Mərkəzi Asiya ölkələrində orta iqtisadi artımın 6,6 % təşkil edəcəyini gözləyir.
"Report"un Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə EDB-nin İdarə Heyəti sədrinin müavini, baş iqtisadçı Yevgeni Vinokurov "2026-2028-ci illər üçün makroiqtisadi proqnoz" məruzəsinin təqdimatında bəyan edib.
"Qazaxıstanda 5,9 %, Qırğızıstanda 10,3 %, Tacikistanda 8,3 %, Özbəkistanda 7,4 % artım proqnozlaşdırırıq", - Y.Vinokurov qeyd edib.
Onun sözlərinə görə, 2026-cı ildə region iqtisadiyyatının təxminən 6,1 % artması gözlənilir: "Mərkəzi Asiya ölkələrinin ümumi ÜDM-i 600 milyard ABŞ dollarını keçəcək".
EDB-nin proqnozlarına əsasən, 2026-cı ildə Qazaxıstanın iqtisadiyyatı 5,5 %, Qırğızıstanın 9,3 %, Tacikistanın 8,1 %, Özbəkistanın isə 6,8 % artacaq.
Bankın inflyasiya proqnozlarına toxunan Y.Vinokurov, Mərkəzi Asiyanın əksər ölkələrində qiymətlərin artımının tədricən yavaşlayacağını qeyd edib: "Proqnozlarımıza görə, 2026-cı ilin sonuna illik inflyasiya Qazaxıstanda təxminən 9,7 %, Qırğızıstanda 8,3 %, Özbəkistanda 6,7 %, Tacikistanda isə 4,5 % təşkil edəcək".
Oxşar xəbərlər
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
EDB Qazaxıstanın investisiya portfelini daha 2,5 milyard ABŞ dolları artıracaq
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













