10 illik proqramı 3 ilə mənimsəmək imkanı
Far.Az xəbər saytı

10 illik proqramı 3 ilə mənimsəmək imkanı


Bakıda CELT Tədris və İnkişaf Mərkəzinin təşəbbüsü ilə hazırlanmış yeni "Riyaziyyat" kitabının təqdimat mərasimi baş tutub. Tədbir paytaxtın nüfuzlu mədəniyyət məkanlarından biri olan Bakı Kitab Mərkəzində (Baku Book Center) təşkil olunub.

Təqdimat mərasimində rəsmi qonaqlar, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun professorları, eləcə də təhsil sahəsinin bir sıra nümayəndələri iştirak edib.

Tədbir zamanı məlumat verilib ki, təqdim olunan "Riyaziyyat" kitabı 8 hissədən ibarətdir və 6-cı sinif riyaziyyat proqramından başlayaraq 11-ci sinifə qədər olan bütün tədris mərhələsini əhatə edir. Kitab mərhələli və sistemli yanaşma əsasında hazırlanıb, şagirdlərin riyazi düşüncə qabiliyyətinin formalaşdırılması və mövzuların dərin mənimsənilməsinə yönəlib.

Qeyd olunub ki, bu vəsaiti tam mənimsəyən şagirdlər CELT imtahanları da daxil olmaqla, AP, IB, A-level, SAT, GMAT, GRE, IGCSE kimi beynəlxalq imtahanlarda iştirak üçün zəruri bilik bazasına sahib olacaqlar. Kitab həm məktəb proqramının effektiv öyrənilməsini, həm də imtahanlara məqsədyönlü hazırlığı təmin edən vahid mənbə kimi nəzərdə tutulub.

CELT Tədris və İnkişaf Mərkəzi uzun illərdir ki, təhsildə keyfiyyət, sistemlilik və nəticəyönümlü yanaşma prinsiplərini əsas tutur. Yeni "Riyaziyyat" kitabının təqdimatı bu istiqamətdə atılan növbəti mühüm addım kimi qiymətləndirilir və şagirdlərin akademik uğurlarına töhfə verməyi hədəfləyir.

Oxşar xəbərlər

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Bakıda yeni akademik körpü: Constructor University və CELT Colleges əməkdaşlığa başladı
Bu azərbaycanlı məşhurların övladı birinci sinifə gedir
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər