Adi məişət texnikasının sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib
Far.Az xəbər saytı

Adi məişət texnikasının sağlamlıq üçün təhlükəli olduğu müəyyən edilib


Adi məişət cihazları ev şəraitində mikroskopik çirkləndirici hissəciklərin gizli mənbəyi ola bilər - bunu Busan Milli Universitetinin alimləri müəyyən ediblər.

Yeni araşdırmaya görə, tosterlər, hava qızardıcılar (aerogril) və fenlər 100 nanometrdən kiçik ölçülü trilyonlarla hissəcik yayır və bu hissəciklər insanın tənəffüs yollarının dərin hissələrinə qədər nüfuz edə bilir.

Far.Az xəbər verir ki, Journal of Hazardous Materials (JHM) jurnalında dərc olunan tədqiqat zamanı laborator şəraitdə aparılan sınaqlarda ən çox çirklənmə mənbəyi adi çörək qızardıcı tost aparatı olub. Hətta içərisində çörək olmadan belə, cihaz dəqiqədə 1,73 trilyona qədər mikroskopik hissəcik yayırdı.

Yüksək səviyyəli emissiyalar hava qızardıcılar və kollektor mühərrikli fenlərdə də qeydə alınıb. Müasir, fırçasız (brushless) mühərrikli fenlər isə 10–100 dəfə az hissəcik yayır.

Kompüter modelləşdirməsi göstərib ki, bu ultrakiçik hissəciklər burun boşluğunda demək olar ki, tutulmur və birbaşa ağciyərlərin dərin hissələrinə çökür. Xüsusilə uşaqlarda bu risk daha yüksəkdir, çünki onların tənəffüs yolları daha dar olur.

Tədqiqatçılar həmçinin bildiriblər ki, bu hissəciklərin tərkibində mis, dəmir, alüminium və titan kimi ağır metalların izləri aşkarlanıb. Bu elementlərin isitmə elementləri və mühərriklərdən ayrıldığı güman olunur.

Alimlər vurğulayıblar ki, bu tədqiqat birbaşa sağlamlığa təsirin qiymətləndirilməsini əhatə etmir. Lakin əvvəlki elmi işlərdə bu tip ultrakiçik hissəciklərin astma, ürək-damar xəstəlikləri, şəkərli diabet və iltihabi proseslərin inkişafı ilə əlaqəsi artıq sübut olunub.

Bu səbəbdən tədqiqatçılar məişət texnikasının dizayn standartlarının yenidən nəzərdən keçirilməsini və qapalı məkanlarda hava keyfiyyəti üçün daha sərt tələblərin hazırlanmasını təklif edirlər.

Oxşar xəbərlər

Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı – Journal of Heart Disease and Therapy – 3-cü nömrəsini təqdim edilib
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər