Azərbaycan Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 65 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyə iqtisadiyyatına 288 milyon 613 min ABŞ dolları birbaşa investisiya qoyub.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,5 % çoxdur.
Hesabat dövründə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 12,7 %-dən 14,2 %-ə qalxıb.
9 ay ərzində Türkiyə isə Azərbaycan iqtisadiyyatına 911 milyon 956 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ müqayisədə demək olar dəyişməyib.
Hesabat dövründə Türkiyənin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 20,2 %-dən 19,3 %-ə düşüb.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 2 milyard 038 milyon 685 min ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 47,6 % çox), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 4 milyard 522 milyon 578 min ABŞ dolları (4,7 % çox) təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycana xaricdən gətirilən UCUZ ƏTLƏR: 11 manatdan başlayır
Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 42 %-dən çox artırıb
Azərbaycan Böyük Britaniya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb













