"İçərişəhər" Qoruq İdarəsinin yenilənmiş saytı istifadəyə verilib
Far.Az xəbər saytı

"İçərişəhər" Qoruq İdarəsinin yenilənmiş saytı istifadəyə verilib


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yenilənmiş veb-saytı istifadəyə verilib.

Qoruqdan "Report"a verilən xəbərə görə, müasir texnologiyalar əsasında hazırlanmış yeni rəsmi veb-sayt həm funksionalığı, həm də dizayn baxımından innovativ tələblərə uyğunlaşdırılıb.

Proqram təminatı və tərtib olunan alqoritm əsasında yenilənən saytda müasir iş prinsipləri və yeniliklər tətbiq olunub.

İnternet səhifəsində abidələr və muzeylər üzrə ətraflı və strukturlaşdırılmış məlumat bazası və həmçinin İçərişəhər ərazisində baş tutacaq tədbirlər haqqında müasir təqvim sisteminə əsaslanaraq tam və aktual məlumat bazası yerləşdirilib.

Hər bir istifadəçi təqvimə keçid edərək tədbirlərin formatından asılı olaraq maraq doğuran proqramda iştirak edə, gələcək layihələr haqqında məlumat ala bilər.

Yeni sayt sadə və müasir interfeysi sayəsində istifadəçilərə məlumatlara asan və sürətli çıxış imkanı yaratması ilə yanaşı, çoxdilli dəstək funksiyası saytı Azərbaycan və ingilis dillərində istifadə oluna bilən əlçatan platformaya çevirir.

Qoruq İdarəsinin yenilənmiş saytı ilə buradan tanış olmaq mümkündür.

Oxşar xəbərlər

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər