Samur çayının suyunun bölünməsi üzrə Birgə Komissiyanın iclası keçirilib
Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə əsasən yaradılmış Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan–Rusiya Birgə Komissiyasının 28-ci iclası keçirilib.
"Report" Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir ki, iclas ötən gün Dağıstanın Məhərrəmkənd rayonunun Yaraq Qazmalar kəndində olub.
Görüş Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Agentliyin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Komissiyanın Rusiya tərəfdən həmsədri, Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun iştirakı ilə baş tutub. İclasda Regional Su Meliorasiya Xidmətinin, Xarici İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölünməsi, bunun monitorinqinin aparılması, Samur Hidroqovşağının birgə istismarı və digər aktual məsələlər müzakirə olunub, görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişli Şəkər Zavodunda boş anbarda yanğın zamanı şəkər ehtiyatlarına zərər dəyməyib - YENİLƏNİB
-
Natiq Əliyev Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunub
-
Fransada barda atışma zamanı üç nəfər yaralanıb
-
Serbiya Prezidenti 49 nəfəri əfv etdiyini bildirib
-
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
-
Fransua Olland prezident seçkilərində iştirakını istisna etməyib













