SOCAR və "Uniper" qlobal qaz bazarlarının inkişaf perspektivlərini müzakirə edib
Far.Az xəbər saytı

SOCAR və "Uniper" qlobal qaz bazarlarının inkişaf perspektivlərini müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın "Uniper" şirkəti arasında qlobal qaz bazarlarının inkişaf perspektivləri müzakirə edilib.

"Far.Az" SOCAR-a istinadən xəbər verir ki, bu barədə müzakirələr SOCAR nümayəndələrinin "Uniper" şirkəti tərəfindən təşkil olunan strateji səviyyəli qarşılıqlı məlumat mübadiləsi proqramında iştirakı zamanı aparılıb.

Proqramın məqsədi iki şirkət arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, idarəetmə, insan kapitalı, kommunikasiya və sosial sahələrdə qabaqcıl bilik və təcrübələrin paylaşılması olub.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin dəyişikliklərin idarə olunması, rəqəmsal texnologiyaların tətbiqi, media və kommunikasiya, sosial məsuliyyət və təhlükəsizlik sahələrində aktual məsələlər ətrafında səmərəli müzakirələr aparıblar.

Oxşar xəbərlər

Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
SOCAR "Uniper"lə 2025–2026-cı illər üzrə Əməkdaşlıq Proqramı imzalayıb
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər