Elgün Məhəmmədəlizadə: "Kiçik fermerlər məhsullarını bazara çatdırmaqda çətinlik çəkirlər"
Far.Az xəbər saytı

Elgün Məhəmmədəlizadə: "Kiçik fermerlər məhsullarını bazara çatdırmaqda çətinlik çəkirlər"


Azərbaycanda kiçik fermerlər məhsullarının yığılması, saxlanması və daşınması mərhələlərində logistika ilə bağlı çətinliklər yaşayırlar.

Bu barədə "Report"a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC-nin İdarə heyətinin sədri Elgün Məhəmmədəlizadə deyib.

Onun sözlərinə görə, bu problemlər xüsusilə bazarlara çıxış və satış prosesində özünü göstərir: "Müşahidələrimiz göstərir ki, kiçik fermerlər bəzən məhsulların yığılması, saxlanması və daşınması ilə bağlı bəzi problemlərlə qarşılaşırlar. Belə hallarda biz onlara dəstək göstəririk. Bu il Xankəndi şəhərində, Zəngilanın Ağalı kəndində, Tovuz rayonunda keçirilən Aqrar Biznes Festivallarında, eləcə də, Bakıda və digər regionlarda baş tutan yarmarkalarda da qadın qruplarının və kiçik fermerlərin məhsullarının daşınmasına və satışının təşkilinə kömək etmişik. Bundan sonra da bu cür təşəbbüslərimizə davam edəcəyik".

Müsahibənin tam mətni ilə buradan tanış olmaq olar.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər