Səfir: Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir
Far.Az xəbər saytı

Səfir: Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir


Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində iş gedir.

Bunu "Far.Az"a açıqlamasında Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda deyib.

Diplomat bildirib ki, il ərzində Azərbaycandan Misirə 10 milyon nəfər də səyahət etsə, bu, yetərli deyil:

"Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz. Arzum odur ki, azərbaycanlılar "Gəlin dünyanı kəşf edək" deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin".

Səfir hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışdıqlarını vurğulayıb:

"Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir. Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısa müddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Oxşar xəbərlər

Misirin səfiri: Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial var - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər