"Euronews": Bakı şəhər təhlükəsizliyi sahəsində yeni meyarlar müəyyən edir
Bakı şəhərində ictimai təhlükəsizliyin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
"Report" xəbər verir ki, bu barədə "Euronews" telekanalının Azərbaycanın paytaxtı ilə bağlı hazırladığı reportajda bildirilir.
Qeyd olunur ki, müasir texnologiyalar, polis və ictimaiyyətin əməkdaşlığının uzlaşdırılması nəticəsində cinayət göstəriciləri aşağı səviyyədədir.
Rəsmi qurumların məlumatına görə, paytaxtda cinayətlərin aşkar olunma faizi yüksəkdir və təhlükəsizlik sahəsində müasir texnologiyalardan istifadə getdikcə genişlənir.
Daxili İşlər Nazirliyinin əməkdaşı Sərvinaz Ramazanovanın sözlərinə görə, hər 100 min nəfərə düşən cinayətlərin sayı bir sıra ölkə paytaxtları ilə müqayisədə xeyli aşağıdır. Cinayətlərin açılma nisbəti 85-90 faiz təşkil edir.
Ağıllı nəqliyyat idarəetmə sistemləri, müşahidə kameraları şəbəkəsinin genişləndirilməsi və digər təhlükəsizlik mexanizmləri sutka ərzində fasiləsiz rejimdə fəaliyyət göstərir.
Qurumlar ictimai asayişin qorunmasında vətəndaşlar və müxtəlif təşkilatlarla davamlı əlaqələrin mühüm rol oynadığını da vurğulayırlar. Bakıya səfər edən qonaqlar və şəhər sakinləri paytaxtda güclü təhlükəsizlik mühitinin hökm sürdüyünü, özlərini rahat və təhlükəsiz hiss etdiklərini bildirirlər.
Çindən olan turist deyir ki, Bakıda təhlükəsizlik yüksək səviyyədədir, başqa ölkələrin paytaxtlarından çox fərqlənir, burada çoxlu dostlar qazanıb.
"Uşaqlığımdan və yeniyetməliyimdən bəri buraya səyahət edirəm. Bu gözəl ölkənin nə qədər təhlükəsiz olduğunun fərqindəyəm", - Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini telekanala bildirib.
Qeyd olunur ki, görülən tədbirlər Bakının təhlükəsiz, açıq və qonaqpərvər paytaxt kimi beynəlxalq imicinin möhkəmlənməsinə xidmət edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
"Euronews Academy" çərçivəsində keçirilən "Rəqəmsal Jurnalistika" təlim proqramı yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













