Azərbaycanla Türkiyə arasında "Abşeron" qazı üzrə uzunmüddətli müqavilə bağlanıb
Türkiyə ilə Azərbaycan arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağından hasil edilən təbii qaz tədarükünə dair ümumi həcmi 33 milyard kubmetr olan yeni uzunmüddətli müqavilə imzalanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar "Kanal 7" telekanalına müsahibəsində bildirib.
Müqaviləyə əsasən, "Abşeron" yatağından ildə 2,25 milyard kubmetr olmaqla, 15 il ərzində Türkiyəyə qaz tədarük ediləcək. Tədarük 2029-cu ildən başlayacaq və 2040-cı illərə qədər davam edəcək.
"Mövcud infrastrukturumuzdan istifadə edərək bu qazı "Bakı-Tbilisi-Ərzurum" boru kəməri vasitəsilə ölkəmizə çatdıracağıq", - nazir deyib.
O vurğulayıb ki, uzunmüddətli müqavilələr və mənbələrin şaxələndirilməsi strategiyası Türkiyənin enerji təchizatının təhlükəsizliyini gücləndirir və qazın rəqabətqabiliyyətli qiymətlərlə təmin olunmasına imkan yaradır.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun ("Enerji Piyasası Düzenleme Kurumu" – EPDK) hesabatına görə, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyəyə 9 milyard 798,4 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisindən 3,5 % çoxdur.
Hazırda Azərbaycan Rusiyadan sonra Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkədir.
Qurumun məlumatına görə, Azərbaycan 2024-cü ildə Türkiyəyə 11 milyard 478,4 milyon kubmetr qaz (2023-cü ilin göstəricisi ilə müqayisədə 11,9 % çoxdur) ixrac edib.
Hazırda Türkiyə "Şahdəniz" yatağının işlənməsinin "Mərhələ-1" və "Mərhələ-2" çərçivəsində hasil edilən Azərbaycan qazı ilə təchiz edilir.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair saziş imzalanıb. Sazişə əsasən, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Türkiyəli nazir: Azərbaycanla yeni təbii qaz müqaviləsi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən il "Azərbaycan multikulturalizmi" fənni 65 universitetdə tədris olunub
-
Prezident telekanallara müsahibəsində milli maraqlara söykənən qətiyyətli mövqeyini bir daha ortaya qoydu - RƏY
-
Sibiqa: Moskva sülh səylərini rədd edir
-
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətində kadr islahatları aparıb
-
Yaponiyada 6,2 bal gücündə zəlzələ baş verib
-
Əhməd Əl Şaraaya qarşı sui-qəsd iddialarına aydınlıq gətirilib













