Elvin Məmmədov: "Neftçi"nin təklif etdiyi müqavilənin şərtləri əlverişli idi"
"Neftçi"nin U-17 komandasına baş məşqçi təyin olunan Elvin Məmmədov üçün klubun təklif etdiyi müqavilənin şərtləri əlverişli olub.
Mütəxəssis bu barədə "Far.Az"a açıqlamasında bildirib.
E.Məmmədov "Qəbələ"dən ayrılmasının səbəbini açıqlayıb:
"Neftçi" rəsmi müqavilə təklif etdi. Şərtlər əlverişli idi, müzakirə apardıq və anlaşdıq. "Qəbələ" rəhbərliyi də sağ olsun, mənə çox dəstək verdilər. Xüsusən də A kateqoriyasını oxuduğum müddətdə. Xoş sözlərə layiqdirlər. "Neftçi"yə getmək istədiyimi bildirəndə, heç bir problem yaratmadan razılıq verdilər".
O, qarşıya qoyulan hədəflərdən danışıb:
"Bu gün komanda ilə tanış oldum. "Neftçi"nin adı üstündədir. Klubdan nəticə tələb olunur. Amma sırf akademiyaya gəlincə, məqsəd əsas komanda üçün futbolçu yetişdirməkdir. Rəhbərliklə müzakirələr zamanı da bunu hiss etdim. Yəni aşağı yaş qruplarında sırf nəticə tələb olunmur. Sadəcə, futbolçulara düzgün istiqamət verilməlidir. "Neftçi"nin U-17 komandasının bir neçə oyununu video vasitəsilə izləmişəm. Milliyə və əsas komandaya artıq bir futbolçu veriblər".
Qeyd edək ki, Elvin Məmmədov Azərbaycanın I Liqa təmsilçisi "Səbail"in baş məşqçi postundan ayrılandan sonra "Qəbələ"nin U-17 komandasında eyni vəzifəni yerinə yetirirdi.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
FHN Qəbələ aeroportunda təlim keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













