Kolumbiya prezidenti sona qədər döyüşəcəyini AÇIQLADI
Kolumbiya Prezidenti Qustavo Petro Ağ Ev rəhbəti Donald Trampın onu narkotik alverində ittiham etməsini rədd edib və ABŞ-nin Kolumbiyaya hücumu və ya özünün saxlanılması halında xalqın qəzəbi və "işğalçılara atəş açılması" ilə cavab veriləcəyini bildirib.
Far.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Mən narkotik alverçisi deyiləm. Mənim yeganə mülküm hələ də maaşımdan ödəniş etdiyim ailə evidir. Bank çıxarışlarım dərc olunub. Heç kim maaşımdan artıq vəsait xərclədiyimi deyə bilməz. Mən acgöz deyiləm", – deyə Petro qeyd edib.
Prezident vurğulayıb ki, əksinə, o, kokainin yayılmasına qarşı mübarizə aparıb və tarixdə ən böyük kokain müsadirəsi barədə göstəriş verib. Petro bildirib ki, artıq hərbçilərə əmr verib və bu əmrə əsasən Kolumbiya bayrağı əvəzinə Amerika bayrağını üstün tutan istənilən silahlı qüvvə komandiri dərhal ordudan xaric ediləcək. O, həmçinin vəziyyət tələb edərsə, yenidən silaha sarılacağını bəyan edib.
Petro qeyd edib ki, öz xalqına inanır və xalq onu "istənilən qanunsuz zorakılıq aktından qoruyacaq. O, həmçinin ölkənin təhlükəsizlik qüvvələrinə "işğalçılara atəş açmaq" əmri verildiyini bildirib. Prezident əlavə edib ki, əgər həbs olunarsa, "xalqın qəzəbi azadlığa buraxılacaq", çünki kolumbiyalıların əksəriyyəti "prezidenti sevir və hörmət edir".
Xatırladaq ki, dekabrın 23-də ABŞ Prezidenti Donald Tramp Qustavo Petrodan Kolumbiyada narkotik istehsalına son qoymağı tələb etmişdi. Yanvar ayında isə Tramp onu kokain istehsalında ittiham edərək, Venesuelaya qarşı 3 yanvar 2026-cı ildə həyata keçirilən hücuma bənzər şəkildə Kolumbiyaya qarşı hərbi əməliyyatın mümkünlüyünü istisna etməmişdi. Həmin əməliyyat zamanı ABŞ Venesuela Prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə saxlayaraq narkotik alveri ilə bağlı cinayətlərə görə mühakimə olunmaq üçün ABŞ-yə aparmışdı.
Oxşar xəbərlər
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













