Nikolas Maduronun qalacağı kamera ilk dəfə görüntüləndi - Pəncərəsi belə yoxdur
Far.Az xəbər saytı

Nikolas Maduronun qalacağı kamera ilk dəfə görüntüləndi - Pəncərəsi belə yoxdur


ABŞ Prezidenti Trampın göstərişi ilə qaçırıldığı iddia edilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores dünən ilk dəfə hakim qarşısına çıxıblar. İş üzrə növbəti məhkəmə iclasının isə 17 mart tarixində keçiriləcəyi bildirilib.

Nikolas Maduronun qalacağı kamera ilk dəfə görüntüləndi - Pəncərəsi belə yoxdur

Far.Az xəbər verir ki, məhkəmədən sonra yenidən həbsxanaya aparılan Maduronun qalacağı kamera da görüntülənib.

Kamerada pəncərənin olmaması və gigiyenik qaydaların pozulması müzakirələrə səbəb olub.

Maduronun 17 martda keçiriləcək ikinci məhkəmə iclasına qədər bu kamerada qalacağı qeyd olunub.

Nikolas Maduronun qalacağı kamera ilk dəfə görüntüləndi - Pəncərəsi belə yoxdur

Həbsxanaın daxilindəki kameralar hamısı belədir. Bu kameralarda pəncərə yoxdur. Kiçik pəncərələr isə yalnız kameralar arasında yerləşir.

Nikolas Maduronun qalacağı kamera ilk dəfə görüntüləndi - Pəncərəsi belə yoxdur

Qeyd edək ki, ABŞ-nin ötən şənbə günü Venesuelaya təşkil etdiyi hərbi əməliyyat nəticəsində Nyu-Yorka aparıldığı bildirilən, Venesuelanın devrilən lideri Nikolas Maduro və həyat yoldaşı Silia Flores narkotik qaçaqmalçılığı və qanunsuz silah saxlanılması maddələri ilə ittiham edilirlər.

ABŞ Dairə Məhkəməsinin hakimi tərəfindən aparılan məhkəmə prosesinə Maduro ayaqları qandallı halda gətirilib.

Maduro ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, "Amerika məni evimdən qaçırdı, mən günahsızam" deyə bildirib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
KİV: Maduro edam cəzasının qüvvədə olduğu ştata aparılıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər