Azərbaycan Dövlət Film Fondunun əməkdaşı HƏBS EDİLDİ
Far.Az xəbər saytı

Azərbaycan Dövlət Film Fondunun əməkdaşı HƏBS EDİLDİ


Azərbaycan Dövlət Film Fondunda biblioqraf vəzifəsində işləyən Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Cavid İbrahimov həbs edilib.

Far.Az "Teleqraf"a istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə ittiham elan olunub.

Cavid İbrahimov 2026-cı il yanvarın 6-da saat 09:15-də özünü şübhəli aparması ərazidə xidmət aparan polis əməkdaşının diqqətini çəkib.

Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsə yaxınlaşaraq ad və soyadı soruşublar. O, kimliyini deməkdən imtina edib və mübahisə etməyə başlayıb. Şəxsiyyətinin müəyyən olunmasından ötrü həmin vətəndaş polis şöbəsinə dəvət edilib. Bu zaman həmin şəxs yüksək səslə ünvansız küçə söyüşləri söyüb və qəsdən polisin qanuni tələbinə tabe olmayaraq, ərazidən uzaqlaşmaq istəyib.

Cavid İbrahimov ərazidə xidmət aparan digər polis əməkdaşlarının köməkliyi ilə saxlanılıb və 29-cu Polis Şöbəsinə gətirilib.

İş üzrə izahat verən İbrahimov irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, yanvarın 5-də polis əməkdaşları oğurluq hadisəsi ilə bağlı onun yaşadığı həyətə gəliblər: "Polis əməkdaşlarını görərək onlara avtomobilimə maddi ziyan dəyməsi barədə məlumat verdim və bunun araşdırılmasını xahiş etdim. Səhəri günü işə gedən zaman polis əməkdaşları yaxınlaşaraq məni polis şöbəsinə apardılar".

O bildirib ki, polis əməkdaşının bütün tələblərinə tabe olub və səs-küy salmayıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İbrahimov 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər