Tramp Qrenlandıyanı almaq üçün orada yaşayanlara 100 min dollar təklif edə bilər
ABŞ administrasiyasının Qrenlandiyanı Danimarkadan ayrılmasını təşviq etmək üçün ada sakinlərinə birbaşa pul ödənişi etməyi müzakirə etdiyi iddia olunur.
Far.Az "Reuters"ə istinadən xəbər verir ki, Ağ Evdə Qrenlandiya sakinlərinə adambaşı 10 min – 100 min dollar arası məbləğdə ödəniş edilməsi variantı nəzərdən keçirilir. Qrenlandıyanın təxminən 57 minlik əhalisi nəzərə alınsa, bu plan ABŞ-yə təxminən 6 milyard dollara başa gələ bilər.
ABŞ Prezidenti Donald Tramp adanın zəngin faydalı qazıntıları və Arktikadakı strateji mövqeyinə görə ABŞ üçün mühüm əhəmiyyət daşıdığını bildirib.
Bu təşəbbüs Danimarka və Avropa ölkələrinin sərt reaksiyasına səbəb olub. Danimarka və Qrenlandiya rəsmiləri adanın "satışda olmadığını" vurğulayıb. Avropanın bir sıra ölkələri isə Qrenlandiyanın gələcəyi ilə bağlı qərarın yalnız Danimarka və ada xalqına məxsus olduğunu açıqlayıb.
ABŞ tərəfi isə Danimarkanın adanın təhlükəsizliyini təmin etməkdə yetərsiz qaldığını iddia edir.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb
-
ABŞ Nümayəndələr Palatası Pit Heqsetin impiçmenti təşəbbüsünü bloklayıb













