ABŞ ordusu Karib regionunda tanker ələ keçirdi - ANBAAN VİDEO
Far.Az xəbər saytı

ABŞ ordusu Karib regionunda tanker ələ keçirdi - ANBAAN VİDEO


ABŞ ordusunun Cənub Komandanlığı (SOUTHCOM) Karib regionunda, Trinidad və Tobaqo yaxınlığında "Olina" adlı neft tankerinin ələ keçirilməsi ilə bağlı videonu yayımlayıb.

Far.Az xəbər verir ki, görüntülər qurumun rəsmi saytına yerləşdirilib.

Bildirilir ki, əməliyyat sübh çağı həyata keçirilib. Karib dənizində aparılan əməliyyat zamanı "USS Gerald R. Ford" esminesinin göyərtəsindən ABŞ dəniz piyadaları motor-tanker tipli "Olina" gəmisini saxlayıblar.

ABŞ-nin neft tankerinin ələ keçirilməsi istiqamətində hərəkətə keçdiyi barədə məlumat yanvarın 9-da yayılmışdı. Mənbələrin bildirdiyinə görə, sözügedən gəmi Venesueladan çıxaraq Şərqi Timor bayrağı altında hərəkət edirmiş.

Oxşar xəbərlər

FHN şagird və müəllimlərlə təlim keçirdi
ABŞ "Olina" tankerinin saxlanıldığını rəsmən təsdiqləyib - YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər