Topalhəsənli-Kərəmli avtomobil yolunun əsaslı təmiri yekunlaşmaq üzrədir
Göygöl rayonunda uzunluğu 7 km olan və yerli əhəmiyyətli Topalhəsənli yolunun 5-ci km-dən ayrılan Kərəmli avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir.
“Far.Az” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Aparılan işlər çərçivəsində texnoloji ardıcıllığa uyğun olaraq torpaq işləri, yeni yol yatağının və yol əsasının inşası yerinə yetirilib, ardınca isə layihə üzrə nəzərdə tutulmuş qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası da aparılıb.
Hazırda sözügedən yolda son tamamlanma işləri icra olunur. Belə ki, çiyin hissələrə xüsusi qrunt verilir, genişləndirmə aparılmış hissələrdə yol kənarı xüsusi bərkitmə işləri görülür.
Tikinti müddəti ərzində fasizləsiz hərəkətin təmin olunması məqsədilə sürücülər üçün uzunluğu 5100 metr təşkil edən çınqıl örtüklü olmaqla alternativ yol da salınıb.
Tikinti layihəsinin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yolun müasir görkəmdə yaxın müddət ərzində vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.
Oxşar xəbərlər
Salyan şosesində asfaltlanma işləri aparılır
Ağsuda 12 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşıb
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
“Qələbə dairəsi”dən “20 Yanvar” dairəsi istiqamətində asfaltlanma işləri yekunlaşıb
Şəkinin daxili yolları təmir edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Ağ Ev: Trampla birlikdə Çinə iri biznes nümayəndə heyəti gedəcək
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək













