Qızıl qiymətləri tarixi zirvədə
Yeni həftəyə dünya bazarları kəskin yüksəlişlə başlayıb.
Far.Az xəbər verir ki, keçən həftəni 4 509 dollarla başa vuran bir unsiya qızıl, həftənin ilk ticarətində artımını davam etdirərək 4 601 dollar səviyyəsinə qalxıb və bütün zamanların ən yüksək göstəricisini yeniləyib.
Səhər saatlarında unsiya qiyməti 4 577 dollar ətrafında sabitləşməyə çalışır.
Bazarların diqqəti bu həftə ABŞ-də açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. FED-in gələcək pul siyasəti baxımından mühüm sayılan dekabr ayı üzrə ABŞ TÜFE göstəricisinin illik 2,7%, aylıq isə 0,3% səviyyəsində olacağı proqnozlaşdırılır. Gözləntilərdən zəif nəticə açıqlanacağı halda faiz endirimi ehtimallarının güclənə biləcəyi bildirilir.
Xatırladaq ki, ötən həftə ABŞ-də açıqlanan kənd təsərrüfatı xaric məşğulluq göstəricisi proqnozdan aşağı – 50 min artım göstərmiş, işsizlik səviyyəsi isə 4,4%-ə enmişdi.
Oxşar xəbərlər
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













