Şahin Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək
Far.Az xəbər saytı

Şahin Bağırov Cəlilabadda vətəndaşları qəbul edəcək


Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək.

"Far.Az" komitəyə istinadən xəbər verir ki, qəbul yanvarın 16-da saat 10:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242) baş tutacaq.

Qəbul zamanı Cəlilabad, Masallı, Biləsuvar və Salyan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Şahin Bağırov Salyanda vətəndaşları qəbul edəcək
Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər