Almaniya kansleri İranda etirazların yatırılmasını amansız adlandırıb
Almaniya kansleri Fridrix Merts İranda etirazların yatırılmasını amansız adlandırıb və bunu hökumətin zəifliyi kimi qiymətləndirib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, kansler bunu Hindistana səfəri zamanı bildirib.
"Etirazlar başlayandan bəri cəmiyyətin bütün təbəqələrindən olan insanlar küçələrə axışır və azad, daha yaxşı həyat üçün dinc şəkildə nümayiş keçirirlər" , - Merts deyib.
Almaniya kansleri əlavə edib ki, etirazlar İran xalqının hüququdur və onların zorakılığa qarşı müqaviməti təqdirəlayiqdir.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycanla Ruanda arasında sənədlər mübadilə olunub, prezidentlər mətbuata bəyanatlarla çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur
-
Beyrutda İraq parlamentinin keçmiş deputatının meyiti aşkarlanıb













