13
yanvar
2026
02:30
88
36
305

İranın məhkəmə sisteminin rəhbəri: Bəsic əməkdaşlarının qanını tökənlər mühakimə olunacaq

Polis və Bəsic əməkdaşlarının qanını tökənlər, müqəddəsləri təhqir edənlər və insanların əmlaklarını yandıranlar mühakimə olunacaq.

"Far.Az" xəbər verir ki, bunu İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni-Ejei "Tasnim"ə müsahibəsində bildirib.

"Bu dəfə heç bir güzəşt olmayacaq və qiyamçılar ağır formada cəzalandırılacaqlar" , - o deyib.

Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.

Digər Dünya xəbərləri