Senator Mark Kelli Pentaqon rəhbərinə qarşı məhkəmə iddiası qaldırıb
ABŞ Senatının nümayəndəsi Mark Kelli (Arizona ştatından demokrat) Pentaqon rəhbəri Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb.
"Report"un xəbərinə görə, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan kapitanı Kelli Pentaqonun onun rütbəsinin aşağı salınması qərarını inzibati məhkəmə yolu ilə ləğv etməyə çalışır. Ötən həftə Heqset "X" sosial şəbəkəsində Kellinin rütbəsinin aşağı salınması prosesinə başladığını bildirib və bu addımı şəxsi işində qeyd ediləcək yazılı töhmətlə açıqlayıb.
Senator iddia ərizəsində Pentaqon rəhbərinin qərarını Konstitusiyaya zidd adlandırıb və iddia edib ki, bu cür hərəkətlər təqaüddə olan hərbçilərin ABŞ Prezidenti Donald Trampın və ya müdafiə nazirinin siyasətinə qarşı çıxacaqları təqdirdə məsuliyyətə cəlb olunacağı mesajını verir. Kelli israr edir ki, onun rütbəsinin aşağı salınması qərarı söz azadlığını təmin edən ABŞ Konstitusiyasının birinci düzəlişini pozur.
2025-ci il noyabrın sonlarında Heqset, Pentaqonun iddia etdiyi kimi, hərbçiləri komandanlıqlarının mübahisəli əmrlərinə tabe olmağa təşviq etdiyi ifadələrinə görə Kelli ilə bağlı istintaqın başlanmasını tapşırıb.














