13
yanvar
2026
05:30
88
36
344

KİV: ABŞ Meksikadan Kubaya neft daşınmasına mane olmaq niyyətində deyil

Tramp administrasiyasının hazırda Meksikadan Kubaya neft daşınmasına mane olmaq niyyəti yoxdur.

"Report" xəbər verir ki, bu barədə Amerikanın CBS telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Vaşinqton administrasiyasının hazırkı siyasəti Meksikanın Kubaya neft tədarükünü davam etdirməsinə icazə verməkdir. Telekanalın məlumatına görə, Meksika Venesuela Prezidenti Nikolas Maduronun ABŞ hakimiyyəti tərəfindən qaçırılmasından sonra Kubaya neftin əsas təchizatçısına çevrilib.

Mənbələrdən biri qeyd edib ki, ABŞ Kuba hökumətinin süqutuna səbəb olmağa çalışmır, lakin Havana ilə mövcud siyasi sistemdən çıxmaq barədə danışıqlar aparmaq istəyir.

Digər Dünya xəbərləri