Britaniyanın Baş naziri "Grok"a nəzarəti ələ keçirməklə hədələyib
Böyük Britaniyanın Baş naziri Kir Starmer "X"in inteqrasiya olunduğu süni intellekt çatbotu "Grok"u özü idarə etməyəcəyi təqdirdə, onun üzərində nəzarət qurmaqla hədələyib.
"Report"un məlumatına görə, Baş nazir bu açıqlamanı hakim Leyboristlər Partiyasının üzvləri ilə görüşdə verib.
"Əgər "X" "Grok"u idarə edə bilmirsə, bunu biz edəcəyik və qısa zamanda edəcəyik, çünki zərər və zorakılıqdan qazanc əldə etsəniz, özünüzü tənzimləmək hüququnuzu itirirsiniz", - Starmer bildirib. "Aydın şəkildə izah edim ki, biz bununla barışmayacağıq, çünki dünya nə qədər qeyri-sabit və ya mürəkkəb olsa da, bu hökumət öz dəyərlərinə əsaslanacaq. Biz həssasları güclülərin qarşısında qoruyacağıq", - o, söz verib.
Baş nazir bu açıqlamanı 12 yanvarda, Britaniya media tənzimləyicisi "Ofcom"un "Grok" tərəfindən yaradılan görüntülərlə bağlı "X"ə qarşı araşdırma başlatdığı gün verib. Çatbot "X"ə də sahib olan İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanıb.
Daha sonra elm, innovasiya və texnologiya üzrə naziri Liz Kendall, Böyük Britaniyanın intim şəkillərin razılıq olmadan yaradılmasını cinayət hesab edəcəyini açıqlayıb. Bu cür tətbiqlərin yaradıcılarına da şamil ediləcək müvafiq qanunun bu həftə qüvvəyə minməsi planlaşdırılır.
"The Daily Telegraph" qəzetinin məlumatına görə, Londonun qəzəbi "X"ə inteqrasiya olunmuş çatbotun istifadəçilərin istəyi ilə yaratdığı qadın və uşaqların açıq-saçıq şəkillərindən qaynaqlanır. Qəzet qeyd edir ki, dipfeyklər artıq Britaniya taxtının varisi şahzadə Ketrin Middltonun həyat yoldaşına, Britaniyanın məşhurlarına, Nazirlər Kabinetinin üzvlərinə və deputatlara da təsir edib.
Oxşar xəbərlər
Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB













