ABŞ vətəndaşlarını təcili şəkildə İrandan çıxmağa çağırıb
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb və ölkədən çıxış üçün quru yolları ilə Ermənistan və ya Türkiyə üzərindən hərəkət etməyi tövsiyə edib.
Far.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında yayımlanan təcili bəyanatda bildirilib.
Xəbərdarlıqda qeyd olunur ki, ABŞ pasportunun olması İran hakimiyyəti tərəfindən saxlanılma üçün əsas ola bilər. Həmçinin vətəndaşlara internetdə fasilələrin yaşana biləcəyi barədə xəbərdarlıq edilir və alternativ rabitə vasitələrini əvvəlcədən planlaşdırmaq tövsiyə olunur.
"ABŞ vətəndaşları internetin daha da məhdudlaşdırılmasını gözləməli, alternativ əlaqə üsullarını planlaşdırmalı və təhlükəsiz olduğu təqdirdə İrandan quru yolla -Ermənistan və ya Türkiyə üzərindən çıxma imkanlarını nəzərdən keçirməlidirlər", – deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.
Yanvarın 12-də Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib ki, ABŞ Prezidenti Donald Tramp zərurət yaranacağı təqdirdə İrana qarşı Amerika ordusunun gücündən istifadə etməkdən çəkinməyəcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













