ABŞ İrana hərbi müdaxilə edəcək?
ABŞ administrasiyasının İran istiqamətində hərbi gücdən istifadə etmək imkanlarının əvvəlki dövrlərlə müqayisədə ciddi şəkildə azaldığı bildirilir.
Far.Az xəbər verir ki, bu barədə "Politico" nəşri ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir müddət əvvəl Yaxın Şərqdə yerləşdirilən və prezidentin birbaşa sərəncamında olan Amerika hərbi gəmiləri və şəxsi heyət hazırda Karib dənizi regionuna yönləndirilib. Rəsmi şəxslər etiraf ediblər ki, mövcud mərhələdə ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlar üçün regionda yetərli və operativ hərbi qüvvə cəmləşdirmə planı mövcud deyil.
Qəzet yazır ki, Prezident Donald Trampın İran rəhbərliyinə və ya ölkənin hərbi obyektlərinə hava zərbələri endirmək səlahiyyəti formal olaraq qalır. Lakin real imkanlar baxımından onun manevr sahəsi xeyli məhdudlaşıb. Bu vəziyyət xüsusilə ötən ilin iyun ayında ABŞ-nin İranın nüvə infrastrukturu ilə bağlı obyektlərinə zərbə endirdiyi dövrlə müqayisədə daha aydın görünür.
Eyni zamanda vurğulanır ki, Tramp administrasiyası hərbi güc tətbiqi ilə bağlı istənilən ciddi qərarı Konqreslə razılaşdırmalı olacaq. Bu isə həm siyasi, həm də hüquqi baxımdan Vaşinqtonun hərəkət imkanlarını məhdudlaşdıran əsas amillərdən biri kimi qiymətləndirilir.
"Politico"nun təhlilinə görə, ABŞ-nin hazırkı strategiyası birbaşa hərbi eskalasiyadan daha çox diplomatik təzyiq və regional balansın qorunmasına yönəlib. Ekspertlər hesab edirlər ki, bu məhdudiyyətlər İranla mümkün qarşıdurma ssenarilərində Vaşinqtonun seçimlərini daha da daraldır.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına müsahibə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













