Terim "Al-Şabab"la danışıqlara başlayıb
Son olaraq Səudiyyə Ərəbistanının "Al-Şabab" klubunu çalışdıran və daha sonra bir müddət fasilə verən təcrübəli mütəxəssis Fatih Terim yenidən yaşıl meydanlara qayıtmağa hazırlaşır. Məlumata görə, Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi "Al-Şabab" Terimi yenidən komandanın baş məşqçisi postuna gətirmək üçün hərəkətə keçib.
Far.Az xəbər verir ki, komandanın son nəticələrindən narazı qalan klub rəhbərliyinin Fatih Terimi razı salmaqda qərarlı olduğu və tərəflər arasında rəsmi danışıqlara başlandığı bildirilir. Mənbələrin məlumatına görə, görüşmələr müsbət istiqamətdə davam edir.
Karyerası ərzində "Qalatasaray"la çoxsaylı titullar qazanan, həmçinin "Milan" və "Fiorentina" kimi nüfuzlu klubları çalışdıran "İmperator" ləqəbli mütəxəssis Səudiyyə futbolunda da yaxından tanınan adlardan biridir. "Al-Şabab"ın Fatih Terimə geniş səlahiyyətlər və yüksək məbləğdə maaş təklif etdiyi, razılaşmanın yaxın günlərdə əldə oluna biləcəyi qeyd olunur.
Əgər tərəflər arasında razılıq əldə edilərsə, Fatih Terim karyerasında yeni bir səhifə açaraq Səudiyyə Ərəbistanı Pro Liqasında yenidən fəaliyyətə başlayacaq.
Oxşar xəbərlər
HUAWEI MatePad Pro 12.2 2025 - Yeni Nəsil Premium Planşet
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Doğulanda atası 40 qoyun kəsdirdi, anası bəzəndi deyə onu döydü - Reanimasiyada olan Fatih Ürek haqqında BİLİNMƏYƏNLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













